İsrail ordusuna İrana qarşı hazırlıq tapşırığı verildi

Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir.
İsraildə orduya İrana qarşı hücum hazırlıqlarını artırmaq göstərişi verilib. Bu barədə məlumatı İsrailin KAN televiziyası yayıb. Xəbərdə xüsusi olaraq vurğulanır ki, bu tapşırıqlar regionda gərginliyin artmasına və genişmiqyaslı müharibəyə səbəb ola biləcək fəaliyyətlərin başlanmasına yol aça bilər.
Verilən tapşırıqlar, “Yashar” Partiyasının lideri Qadi Ayzenkotun Baş nazir Benyamin Netanyahuya etdiyi xəbərdarlıqdan sonra ortaya çıxıb. Ayzenkot, Netanyahuya müraciət edərək, ölkədə yeni hökumət yaranana qədər lazımsız hərbi əməliyyatlardan və riskli addımlardan çəkinməyə çağırıb.
Qeyd edək ki, İsrail Təhlükəsizlik Kabineti 27 oktyabr tarixində keçiriləcək seçkilərdən əvvəl sonuncu dəfə oktyabrın 5-də iclas keçirmişdi. Bu iclasın nəticəsində orduya verilən tapşırıqların regiondakı gərginliyi artıracağı düşünülür.