Ermənistanın yeni Konstitusiyası müzakirəyə çıxarılır

Ezonn TV «Axar.az» mənbəsinə istinadən xəbər verir.
Ermənistanın yeni Konstitusiya layihəsinin gələn həftə ictimaiyyətə açıqlanacağı bildirilib. Bu barədə "Joqovurd" nəşri məlumat yayıb. Layihə elan edildikdən sonra müzakirə və dinləmələrin təşkil olunacağı, daha sonra bunun Ermənistan parlamentinə təqdim ediləcəyi gözlənilir.
Yeni Konstitusiya layihəsi çərçivəsində müzakirə olunan vacib məsələlərdən biri Andlılar Məhkəməsinin təsisidir. Lakin bu təklif, hakim komanda daxilində belə, birmənalı dəstəklənmədiyi vurğulanır. Mülki Müqavilə Partiyasının idarə heyətinin qapalı iclasında, bir çox hakimiyyət nümayəndələri bu sistemin Ermənistan şəraitində tətbiqinin ciddi çətinliklər yarada biləcəyini bildirmişdir.
Müzakirələrdə irəli sürülən əsas arqumentlərdən biri, Ermənistanda insanların bir-birini yaxşı tanıması və müxtəlif əlaqələrin mövcudluğudur. Bu səbəbdən də Andlılar Məhkəməsi tərəfindən qəbul edilən qərarların tam müstəqil və qərəzsiz olacağına əminlik olmadığı ifadə edilmişdir.
Buna cavab olaraq, Ermənistanın Baş naziri Nikol Paşinyan qeyd edib ki, sabiq prezident Robert Köçəryan və Çiçəklənən Ermənistan Partiyasının lideri Qagik Çarukyan xalqın tələbinə əsasən həbsdədir. Onun fikrincə, bu, Andlılar Məhkəməsi institutunun faktiki olaraq artıq fəaliyyət göstərdiyini, sadəcə onun institusionallaşdırılmasının zəruriliyini göstərir.
Nəşrdə həmçinin vurğulanıb ki, yeni Konstitusiyada Ermənistanın Müstəqillik Bəyannaməsinə istinadların çıxarılması planlaşdırılır.