Çin Tayvanla yenidən birləşmə mövzusunda dialoqa hazırdır

Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir.
Çin Xalq Respublikasının prezidenti Si Cinpin, Tayvanla milli birləşmə məsələsində dialoqa açıq olduqlarını açıqlayıb. Bu barədə o, Çin Respublikasının ilk prezidenti Sun Yatsenin 160 illik yubileyi münasibətilə təşkil edilən tədbirdə bildirib.
Si Cinpin, Çin hökumətinin Tayvanın müxtəlif təbəqələrini təmsil edən sağlam düşüncəli şəxslərlə, boğazın iki tərəfi arasındakı münasibətləri müzakirə etməyə hazır olduğunu vurğulayıb. Həmçinin, o, dialoqun “vahid Çin” prinsipi və 1992-ci il Konsensusu əsasında həyata keçiriləcəyini qeyd edib.
1992-ci il Konsensusu, Çin Kommunist Partiyası ilə o dövrdə Tayvanda hakimiyyətdə olan Kuomintang partiyasının nümayəndələri arasında əldə edilən razılaşmadır. Bu sənəd, dünyada yalnız bir Çin dövlətinin mövcudluğunu tanıyır, lakin tərəflər bu prinsipə müxtəlif yanaşmalar sərgiləyirlər.
Pekin bu prinsipi 1949-cu ildən etibarən yaradılmış Çin Xalq Respublikası, Tayvan isə həmin ilədək mövcud olan Çin Respublikası kimi qəbul edir. Beləliklə, bu yeni dialoq təşəbbüsü, iki tərəf arasında daha geniş müzakirələrin başlaması üçün bir imkan yaradabilir.