Ezonn Xəbər

DƏHŞƏTLİ HADİSƏ: 11 aylıq körpə torpağa basdırılmış halda sağ tapıldı

DƏHŞƏTLİ HADİSƏ: 11 aylıq körpə torpağa basdırılmış halda sağ tapıldı
Ezonn TV «Musavat.com» mənbəsinə istinadən xəbər verir. ABŞ-ın Cənubi Karolina ştatında baş verən dəhşətli hadisədə, 11 aylıq körpə atası tərəfindən qaçırılaraq torpağa basdırılmış it qəfəsinin içində sağ tapılıb. Leksinqton dairəsinin şerifi Brayan Kun, körpənin vəziyyəti haqqında məlumat verərək, onun dəsmala bükülmüş it qəfəsinin içində aşkarlandığını açıqlayıb. Şerif Kun, qəfəsi örtən dəsmalın sayəsində torpağın altında kifayət qədər hava boşluğunun yaradıldığını, bunun da körpənin təxminən 24 saat sağ qalmmasına imkan verdiyini bildirib. Hadisənin ardından, körpənin axtarışı üçün polis, Federal Təhqiqatlar Bürosu (FTB) və digər federal qurumlar müraciət olunub. Axtarış əməliyyatı çərçivəsində 100-dən artıq nəfərdən ibarət bir qrup, çərşənbə axşamı ata Maykl Komerin evinin yaxınlığına düşən meşəlik ərazidə yeni qazılmış torpaq sahəsini aşkar edib. Ərazidəki axtarış zamanı körpənin ağlama səsini eşidən əməkdaşlar, dərhal xilasetmə əməliyyatına başlayıblar. Körpə xilas edildikdən sonra xəstəxanaya çatdırılıb və müalicəsi davam edir. Səhhətinin yaxşılaşdığı bildirilir. Eyni zamanda, körpənin atası Maykl Komer bazar ertəsi axşam başqa bir oğurluq ittihamı ilə saxlanılıb. Şeriflik idarəsi və dairə prokurorluğu onun barəsində yeni ittihamlar irəli sürülməsi istiqamətində iş aparır.