TƏCİLİ! Əhaliyə sığınacaqlara getmək çağırışı edildi
Ezonn TV «Musavat.com» mənbəsinə istinadən xəbər verir.
Latviya ordusu, Belarus sərhədində yerləşən Ludza bölgəsinin sakinlərini hava məkanına yönələn təhlükələr barədə xəbərdar edib. Ordunun verdiyi məlumata əsasən, insanların təhlükəsizlik məqsədilə sığınacaqlara və digər təhlükəsiz ərazilərə keçməsi tövsiyə olunub.
Litvanın Milli Böhran İdarəetmə Mərkəzi də oxşar tədbirlər görərək, ölkənin ikinci ən böyük şəhəri Kaunasda və ətraf ərazilərdə yaşayan sakinləri sığınacaqlara getməyə çağırıb. Mərkəzdən bildirilib ki, Belarus istiqamətindən Baltikyanı ölkələrə doğru hərəkət edən naməlum obyekt müşahidə edilib.
Hava məkanında baş verən bu anormal fəaliyyətlər nəticəsində, Baltikyanı regionun hava müdafiəsini təmin edən NATO qırıcıları havaya qalxıb. Təyyarələr, mümkün təhlükələrin qarşısını almaq üçün əməliyyatlara başlamışdır.
Litvanın Milli Böhran İdarəetmə Mərkəzi, hələlik kimliyi müəyyən olmayan bir pilotsuz uçuş aparatının (PUA) aşkarlandığını və bu aparatın Polşa istiqamətinə keçdiyini açıqlayıb. Hadisələr bölgədə diqqətlə izlənilir, lakin uçuş aparatının mənşəyi və xüsusiyyətləri ilə bağlı rəsmi dəqiq məlumat hələ təqdim edilməyib.