Fəhmin Hacıyevin həyat yoldaşı vəfat etdi
Ezonn TV «Musavat.com» mənbəsinə istinadən xəbər verir.
Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının keçmiş komandanı Fəhmin Hacıyevə ağır itki yaşanıb. Onun həyat yoldaşı Laləzar Hacıyeva, uzun illər davam edən ağır xəstəlik sonrası bu səhər dünyasını dəyişib.
Fəhmin Hacıyev 23 aprel 1959-cu il tarixində Ucar rayonunda anadan olub. O, 1988-ci ildən Azərbaycan Xalq Cəbhəsinin (AXC) fəal üzvü olmuş, AXC Hərbi Çağırış üzrə Komissiyasının sədri kimi fəaliyyət göstərmişdir. 1990-cı ilin 20 yanvar hadisələrindən sonra həbsə alınmış, 9 ay ərzində əvvəlcə Lefortovo, daha sonra isə Bayıl həbsxanasında saxlanmışdır.
Onun Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Komandanı vəzifəsinə təyinatı 22 may 1992-ci il tarixində Azərbaycan Ali Sovetinin sədri İsa Qəmbərin sərəncamı ilə həyata keçirilmişdir. Lakin Fəhmin Hacıyev 1993-cü il iyunun 16-da bu vəzifədən azad olunub. Ardınca o, İstanbul şəhərinə mühacirət etmiş, Azərbaycan dövlətinin tələbi ilə həbs olunmuşdur.
2004-cü il mayın 10-da Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncamla əfv olundu. Bu gün həyat yoldaşının vəfatı Fəhmin Hacıyev üçün ağır bir itki olmuşdur.