Ezonn Xəbər

Gələn il mədəniyyət və incəsənət sahəsində 239 mln. manat vəsait ayrılacaq

Gələn il mədəniyyət və incəsənət sahəsində 239 mln. manat vəsait ayrılacaq
Ezonn TV «APA» mənbəsinə istinadən xəbər verir. 2027-ci il üçün dövlət büdcəsinin layihəsində mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və digər fəaliyyət sahələrinin maliyyələşdirilməsinə 643 milyon manat vəsait ayrılması nəzərdə tutulur. Bu barədə maliyyə nazirinin müavini Himalay Məmişov, Milli Məclisdə keçirilən komitə iclasında məlumat verib. Himalay Məmişovun bildirdiyinə görə, ayrılan 643 milyon manat, 2025-ci illə müqayisədə 116 milyon manat çoxdur, bu da 22 faizlik artımı göstərir. 2023-cü ildən 2027-ci ilə qədər bu xərclərin dövlət büdcəsində xüsusi çəkisi 39 faiz artacaq. Maliyyə müavini qeyd etdi ki, mədəniyyət və incəsənət sahəsinə ayrılan vəsaitin 239 milyon manatı, yəni 37 faizi mədəniyyət müəssisələrinin saxlanmasına yönləndiriləcək. Bunlar arasında kitabxanalar, muzeylər və teatrlar yer alır. Həmçinin, televiziya, radio və nəşriyyat fəaliyyətlərinə ayrılan vəsait isə 68,4 milyon manatdır. O, həmçinin bədən tərbiyəsi və gənclər siyasəti tədbirlərinin maliyyələşdirilməsi üçün 49 milyon manat, yaradıcı ittifaqların xərcləri üçün isə 22,8 milyon manat proqnozlaşdırıldığını açıqladı. Əlavə olaraq, mədəniyyət sahəsində digər müəssisələrin xərcləri 264 milyon manatdır. Xarici ölkələrdə fəaliyyət göstərən mədəniyyət mərkəzlərinə yönələcək xərclər üçün 13,7 milyon manat, Azərbaycanda fəaliyyət göstərən mədəniyyət müəssisələrinin saxlanması üçün isə 49,7 milyon manat ayrılması gözlənilir. Teatr və kino sahələrinin inkişafı üçün 13,3 milyon manat ayrılması planlaşdırılır. Mədəniyyət Nazirliyinin mərkəzləşdirilmiş tədbirləri üçün isə 26,8 milyon manat vəsait nəzərdə tutulur.