Ezonn Xəbər

Bakıda 8 binanın sökülməsi planlaşdırılır

Bakıda 8 binanın sökülməsi planlaşdırılır
Ezonn TV «Modern.az» mənbəsinə istinadən xəbər verir. Bakının Nizami rayonunda səkkiz köhnə yataqxana tipli binanın sökülməsi planlaşdırılır. Bu proses sakinlərin köçürülməsi ilə paralel aparılacaq. Söküləcək binaların arasında Kamil Balakişiyev, İsmayıl Məmmədov, Rizvan Teymurov və Məmmədəli Şərifli küçələri ilə yanaşı, Babək prospektinin sökdüyü ərazilərdən olduğu bildirilib. Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc, yenidənqurma işlərinin bir hissəsinin dövlət, digər hissəsinin isə investorların maliyyəsi ilə gerçəkləşdiriləcəyini qeyd edib. Gələcəkdə bəzı ərazilərdə yeni yaşayış binalarının tikiləcəyi, digərlərində isə yaşıllıqların və parkların yaradılmasının nəzərdə tutulduğu vurğulanıb. V.Oruc sakinlərə ödəniləcək kompensasiya məbləğlərini də açıqlayıb. Buna əsasən, yaşayış sahələri üçün 2000-2800 manat, qeyri-yaşayış sahələri üçün isə 2500-4000 manat arasında bir kompensasiya təmin ediləcəyi gözlənilir. Lakin bu rəqəmlərin dəyişə biləcəyini, qiymətləndirmə nəticələri və dövlət qurumlarının qərarlarına əsaslanacağını da əlavə edib. Sakinlərə mənzil və ya pul kompensasiyasının təklif edilməsi konkret layihədən asılı olacaq. Yeni binaların tikiləcəyi yerlərdə sakinlərə mənzil verilməsi, dövlət tərəfindən abadlaşdırılacaq ərazilərdə isə pul kompensasiyasının ödənilməsi planlaşdırılır. Prosesin mərhələli şəkildə aparılacağı, əvvəlcə mənzillərin və sakinlərin sayı müəyyənləşdiriləcək, daha sonra isə konkret binalarla bağlı qərarların verilərək sakinlərin məlumatlandırılacağı bildirilib. Həmçinin söküntünün başlanma tarixi və köçürülmə şərtləri də bu mərhələdə aydınlaşacaq.