Ezonn Xəbər

Qazinin də mənzili başqasına satılıb - “Naməlum şəxslər təmir edirdi”

Qazinin də mənzili başqasına satılıb - “Naməlum şəxslər təmir edirdi”
Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir. Vətən müharibəsi veteranı Quluzadə Əzizağa Rövşən oğlu, "İnşaat Konstruksiyaları" MMC tərəfindən aldığı mənzilin ikinci şəxsə satıldığını iddia edib. O, bu vəziyyətlə bir ildən artıqdır ki, məhkəmələrdə mübarizə apardığını, lakin hələ də heç bir nəticə əldə etmədiyini bildirib. Quluzadə, Yasamal rayonu, Abbas Mirzə Şərifzadə 33 ünvanında yerləşən yeni tikili binadan 2 otaqlı, 90 kvadrat metrlik mənzil alıb. Ancak, yalnız bir neçə gün sonra mənzilini yoxlamaq üçün gedərkən açarın xəbərsiz dəyişdiyini və evdə naməlum şəxslərin təmir işləri apardığını gördüyünü qeyd edib. Vətəndaş bu durumu şirkət rəhbərliyinə bildirdikdə, müqavilənin etibarsız olduğu bildirilib. Veteran, "İnşaat Konstruksiyaları" MMC-nin rəhbərləri Rauf Əliyev, Rəsul Əhmədov və Məzahir Nəcəfovun onun mənzilini qaytarmaqdan imtina etdiyini vurğulayıb. O, bu məsələdən yalnız özünün deyil, 300-dən çox zərərçəkmişin də əziyyət çəkdiyini əlavə edib. Problemlə əlaqədar aidiyyəti dövlət qurumlarına müraciət edilib. Qeyd etmək lazımdır ki, "İnşaat Konstruksiyaları" MMC ilə bağlı mətbuatda daha əvvəl də şikayətlər yayımlanıb. Baş Prokurorluq tərəfindən keçirilən istintaq çərçivəsində, Rauf Əliyev, Rəsul Əhmədov və Zahir Nəcəfov barəsində cinayət işi başlanmışdır. Bu iş üzrə 194 zərərçəkmişə 12 milyon manatdan çox ziyan vurulduğu müəyyən olunub.