Media qurumlarına 68,4 milyon ayrılır

Ezonn TV «News24.az» mənbəsinə istinadən xəbər verir.
2027-ci il üçün dövlət büdcəsinin layihəsində media qurumlarının fəaliyyətinin dəstəklənməsi məqsədilə 68,4 milyon manat vəsait ayrılması nəzərdə tutulur. Bu məlumatı maliyyə nazirinin müavini Himalay Məmişov Milli Məclisdə keçirilən birgə iclasda açıqlayıb.
Məmişovun sözlərinə görə, bu məbləğ 2025-ci il ilə müqayisədə 116 milyon manat artmışdır. Yəni, 2027-ci ildə mədəniyyət, incəsənət, informasiya, gənclər siyasəti ilə bağlı xərclərin dövlət büdcəsindəki xüsusi çəkisi 39 faiz artacaqdır. 2027-ci ildə mədəniyyət və incəsənət sahəsinə 239 milyon manat, televiziya, radio və nəşriyyat xərclərinə isə 68,4 milyon manat ayrılacaq.
Bundan əlavə, 49 milyon manat bədən tərbiyəsi və gənclər siyasəti tədbirlərinin maliyyələşdirilməsinə, 22,8 milyon manat yaradıcı ittifaqların fəaliyyətinə və 264 milyon manat isə digər müəssisələrə yönəldiləcəkdir.
Xarici ölkələrdə fəaliyyət göstərən mədəniyyət mərkəzlərinin saxlanılması üçün 2027-ci ildə 13,7 milyon manat nəzərdə tutulmuşdur ki, bu da əvvəlki illə müqayisədə 20 faiz artımdır. Heydər Əliyev mərkəzləri, tarix-diyarşünaslıq muzeyləri və digər mədəniyyət müəssisələrinin saxlanması üçün 49,7 milyon manat ayrılacaqdır.