Ezonn Xəbər

İki supertanker partlayıb, neft bazarında şok yaşanır

İki supertanker partlayıb, neft bazarında şok yaşanır
Ezonn TV «Musavat.com» mənbəsinə istinadən xəbər verir. İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri, Hörmüz boğazının cənub marşrutu ilə hərəkət edən iki iri neft supertankerinin partladığını açıqlayıb. Tankerlərin göyərtəsində ümumilikdə 4 milyon bareldən çox xam neft olduğu bildirilib. Hadisənin baş verməsi, İranın "qadağan olunmuş" elan etdiyi ərazidən keçən tankerlərin dəfələrlə xəbərdarlığa məhəl qoymaması ilə əlaqələndirilir. SEPAH-ın verdiyi məlumata görə, partlayış nəticəsində hər iki tanker hərəkət qabiliyyətini tamamilə itirib və göyərtədə yanğın baş verib. Partlayışın səbəblərinin dəqiqləşdirilməsi hələ mümkün olmayıb, tankerlərin hansı ölkənin bayrağı altında olduğu və heyət üzvlərinin taleyi barədə məlumat verilmir. İran İnqilab Keşikçiləri, naaviqasiya sistemlərini (AIS) söndürən və ABŞ hərbçiləri ilə koordinasiyalı olaraq bu marşrutdan istifadə edən herhangi bir qayığın eyni aqibətlə qarşılaşacağına dair sərt xəbərdarlıq edib. Bu açıqlama, regionda mövcud gərginliyi artırır. Hörmüz boğazında baş verən bu insident, dünya neft ticarətinin mühüm hissəsinin bu ərazidən keçməsi fonunda, qlobal enerji bazarında yeni bir dalğalanmaya səbəb ola bilər. ABŞ-ın İran limanlarına tətbiq etdiyi dəniz blokadası da bu insidentin təsirini daha da gücləndirə bilər. Neft qiymətlərinin kəskin bahalaşması gözlənilir.