Ezonn Xəbər

Paşinyan Tarkanın mahnısını dinlədi - VİDEO

Paşinyan Tarkanın mahnısını dinlədi - VİDEO
Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir. Ermənistanın Baş naziri Nikol Paşinyan, Türkiyəli ekspert Hakan İhtiyar ilə eksklüziv müsahibə zamanı gündəmi zəbt edəcək fikirlər bildirib. İki ölkə arasında münasibətlərin inkişafı və regionda sülhün təmin edilməsi mövzularında söhbət edilib. Müsahibənin təqdimatında İhtiyar, Paşinyanla söhbətində Türkiyə-Ermənistan münasibətlərinin yaxşılaşdırılması istiqamətində ümidverici fikirləri müzakirə etdiyini qeyd edib. Paşinyan, əməkdaşlıq və sülh mühiti yaratmağı vacib hesab etdiyini vurğulayıb. Baş nazir, “Əməkdaşlıq, sülh və rifah üçün çalışmalıyıq. Düşünürəm ki, biz düzgün yoldayıq!” deyə bildirib. Bu sözləri ilə Paşinyan, regional əməkdaşlığın və uzunmüddətli sülhün əhəmiyyətini bir daha vurğulayıb. Bundan başqa, müsahibənin ən maraqlı anlarından biri, Paşinyanın Türk müğənnisi Tarkanın mahnısını dinləməsi ilə bağlıdır. Baş nazir, bununla bağlı jestlərlə (ürək emojisi - red.) də diqqət çəkib. Bu müsahibə, Ermənistanın xarici siyasətindəki yeni istiqamətləri və regionda gözlənilən dəyişiklikləri işıqlandırır. İki ölkə arasında sülh və əməkdaşlıq arzusu, gələcəkdə daha geniş müzakirələrin mövzusu ola bilər.