IDF: Qəzzada xəstəxanaya endirilən zərbənin hədəfi HAMAS-ın komandiri olub

Ezonn TV «APA» mənbəsinə istinadən xəbər verir.
İsrail Müdafiə Qüvvələri (IDF) və Daxili Təhlükəsizlik Xidməti (Şin Bet) tərəfindən verilən məlumata görə, gecə saatlarında Qəzza zolağının cənubundakı Xan Yunis şəhərində Nasser xəstəxana kompleksinə endirilən zərbə, HAMAS-ın Xan Yunis briqadasının komandiri Məhəmməd Əbu İsmaili hədəf alıb.
Bəyanatda qeyd olunub ki, bu aviazərbə, Əbu İsmail və xəstəxanada gizlənən digər HAMAS üzvlərinə qarşı həyata keçirilib. İsrail tərəfi, Məhəmməd Əbu İsmailin briqadanın fəaliyyətini yönləndirdiyini, eləcə də İsrail hərbçilərinə və mülki şəxslərə qarşı hücum planları hazırladığını iddia edir.
İddia edilir ki, Əbu İsmail müharibə dövründə bir sıra girovların saxlanılmasına da məsuliyyət daşıyır. Bununla yanaşı, İsrail ordusu zərbənin nəticələrinin araşdırıldığını və Əbu İsmailin taleyinin hələlik məlum olmadığını bildirir.
Bu hadisə, Qəzza zolağında gərginliyin artdığı bir dövrdə baş verib. Həmçinin, İsrail tərəfinin hücumları, bölgədəki təhlükəsizlik vəziyyətinə dair narahatlıqları artırır.