Ezonn Xəbər

Ardadan “Real”a rədd cavabı: 22 milyon maaşla bu kluba keçir

Ardadan “Real”a rədd cavabı: 22 milyon maaşla bu kluba keçir
Ezonn TV «Musavat.com» mənbəsinə istinadən xəbər verir. Türkiyə millisinin gənc futbolçusu Arda Gülerin transferi ilə bağlı yeni inkişaf baş verib. İddialara görə, Arda "Real Madrid"lə yeni müqavilənin şərtləri ətrafında razılığa gələ bilmir. "Ajansspor"un verdiyi məlumata görə, Madrid klubunun 21 yaşlı yarımmüdafiəçiyə illik 8 milyon avro maaş təklif etdiyi bildirilib. Lakin Arda Güler bu məbləği rədd edib. Bundan əlavə, Paris Saint-Germain (PSJ) klubunun Ardanın transferinə ciddi maraq göstərdiyi iddia edilir. Fransa nəhənginin gələcəkdə futbolçunun transferi üçün "Real Madrid"ə 200 milyon avro ödəməyə hazır olduğu və Arda Gülerə illik 22 milyon avro maaş təklifi verəcəyi irəli sürülür. Bu təklif əsasında "Real Madrid" rəhbərliyinin Arda Gülerə daha yüksək maaşla yeni müqavilə təqdim edə biləcəyi gözlənilir. Eyni zamanda, "Fənərbağça" klubunun, Ardanın növbəti satışından 20 faiz pay hüququ olduğu bildirilir. Əgər Arda 200 milyon avroya PSJ-yə transfer olunsa, İstanbul klubu bu sövdələşmədən 40 milyon avro qazanacaq. Bu hadisələr Arda Gülərin karyerasında əhəmiyyətli bir dönəmi daha yaxınlaşdırır və futbolçunun gələcəyi ilə bağlı müzakirələr daha da artır.