Ezonn Xəbər

Yeni qaydalar qüvvəyə mindi - Evlərdəki kombilərin taleyi necə olacaq?

Yeni qaydalar qüvvəyə mindi - Evlərdəki kombilərin taleyi necə olacaq?
Ezonn TV «Bizim.Media» mənbəsinə istinadən xəbər verir. Qış mövsümü ilə əlaqədar olaraq, evlərdə istilik sistemi mühüm əhəmiyyət kəsb edir. Mərkəzi istilik sisteminin hər binaya tətbiq olunmaması səbəbindən vətəndaşlar fərdi evlərdə və bəzi binalarda kombi quraşdırmağa məcbur olurlar. Elektrik qızdırıcılarının büdcə ilə bağlı problemlərə yol açması, qazla işləyən kombilərə tələbi artırır. Lakin bu avadanlıqların istifadəsi ilə bağlı yeni qaydaların sərtləşdirilməsi narahatlığa səbəb olub. İddialara görə, bu dəyişikliklər kombilərin tamamilə ləğv olunmasına gətirib çıxara bilər. “Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata görə, əvvəlki illərdə olduğu kimi, bu il də yanvar ayından noyabrədək bütün mənzillərdə müayinə xidmətləri həyata keçirilir. Noyabrın 6-da qüvvəyə minən “Qaz yanacağı ilə işləyən qurğu və avadanlıqların təhlükəsizliyi haqqında Texniki Reqlament”ə əsasən, tüstü bacasına qoşulan avadanlıqlar alov söndükdə və ya nasazlıq yarandıqda, avtomatik olaraq qaz verilişini dayandırmalıdır. Bu, qaz avadanlıqlarının təhlükəsizliyini artırmağı məqsəd qoyur. Yeni qaydalar, tüstü bacası olmayan isidici cihazlarda xüsusi sensordan istifadəni məcburi edir. Məkanda dəm qazının normal konsentrasiyası keçdiyi halda, cihaz avtomatik sönəcək. Bununla yanaşı, yanma kamerasının avtomatik ventilyasiya olmağı, yanıcı materialların təhlükəsizliyini artırmağı amaçlayır. İstifadəçinin idarəetmə düymələrinin və səthlərin dizaynı da yanıq xəsarətlərinin qarşısını almağa yönəldilib. Reqlament, yalnız yeni avadanlıqlara şamil ediləcək, köhnə cihazların istifadəsinin qadağan olunacağına dair məlumat yoxdur. Lakin bu tələblərin artıq istismarda olan avadanlıqlara necə təsir göstərəcəyi hələ də qeyri-müəyyəndir.