Ezonn Xəbər

Sahibkarlara şad xəbər: bu xərclərin yarısını dövlət ödəyəcək

Sahibkarlara şad xəbər: bu xərclərin yarısını dövlət ödəyəcək
Ezonn TV «Axar.az» mənbəsinə istinadən xəbər verir. 2027-2030-cu illərdə, Azərbaycan Respublikasında sənaye və kənd təsərrüfatı obyektlərinin elektrik şəbəkəsinə qoşulma haqqının 50 faizi dövlət tərəfindən ödəniləcək. Bu məlumatı iqtisadiyyat nazirinin müavini Azər Bayramov Milli Məclisin üç komitəsinin birgə iclasında açıqlayıb. Azər Bayramov, sahibkarlığa dövlət dəstəyinin ölkə iqtisadiyyatının prioritetlərindən biri olduğunu vurğulayıb. O, özəl sektorun iqtisadi artım, məşğulluq və innovasiyaların mərkəzində olduğunu qeyd edib. Nazir müavini bildirib ki, dövlətin dəstək tədbirləri Azərbaycanın makroiqtisadi göstəricilərinə və qeyri-neft-qaz sektorunun inkişafına müsbət təsir göstərir. Eyni zamanda, Bayramov bildirdi ki, cari ildə sahibkarlar üçün yeni dəstək alətləri tətbiq olunur. Bakı və Abşeron iqtisadi rayonu nəzərə alınmadan digər bölgələrdə fəaliyyət göstərən sahibkarların kreditləri üzrə faizlərin yarısı artıq dövlət tərəfindən ödənilir. Bu da, sahibkarların maliyyə yükünü azaldaraq inkişaflarını sürətləndirməyə kömək edəcək. Nazir müavini, sahibkarlara verilən kreditlər üzrə zəmanət limitinin 20 faizdən 50 faizədək artırıldığını da qeyd etdi. Eyni zamanda, ixracatçıların daşıma və sertifikatlaşdırma xərclərinin bir hissəsinin dəstəklənməsi məqsədilə kompensasiya olunacağı bildirilib.