Kirayə gəlirləri azalır: "Mənzillər daha sürətlə bahalaşır"

Ezonn TV «Sfera.az» mənbəsinə istinadən xəbər verir.
Hazırda Azərbaycanda mənzillərin satış qiymətləri ilə illik kirayə haqları arasında təxminən 20 əmsal fərq var. Dünyanın inkişaf etmiş ölkələrində bu əmsal daha aşağıdır, 8-12 arasında dəyişir. İnkişaf etməkdə olan ölkələrdə isə bu göstərici adətən 10-20 arasında olur. Vüqar Oruc, gələcəkdə satış və kirayə qiymətləri arasındakı fərqin azalacağını, kirayə qiymətlərinin isə artmağa davam edəcəyini bildirib. O, satış bazarında qiymət artımına dövlət dəstəyi və maliyyələşdirmə mexanizmlərinin də təsir etdiyini vurğulayıb.