Ezonn Xəbər

Generalın qızı məhkəməyə gətirildi - Halı pisləşdi

Generalın qızı məhkəməyə gətirildi - Halı pisləşdi
Ezonn TV «BAKU.WS» mənbəsinə istinadən xəbər verir. General-mayor Natiq Əliyevin qızı Türkər Əliyeva, Sumqayıt Şəhər Məhkəməsinə gətirilib. Məhkəmənin başlanması ərəfəsində Türkər Əliyevanın halı pisləşərək təcili yardım çağırılmasına səbəb olub. Türkər Əliyevaya qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə dələduzluq ittihamı irəli sürülüb. Məlumatlara görə, ziyana uğrayanlardan biri Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyəti sədrinin müavini, general-mayor Ceyhun Rzayevdir. Rzayevin şikayəti əsasında Türkər şübhəli şəxs qismində tutulub. Türkərin vəkili Hikmət Əliyev, müvəkkilinin ittihamlarını qəbul etmədiyini, mülki xarakterli bir məsələ olduğunu vurğulayıb. Onun sözlərinə görə, müvafiq sübutlar məhkəməyə təqdim olunacaq. Hazırda Türkər Əliyeva prokurorluqda ifadə verməkdədir. Qeyd edək ki, Türkər Əliyeva, tanınmış bir mediatordur. Ceyhun Rzayev isə uzun müddət ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyində (MTN) çalışmışdır. Məhkəmə qərarı ilə bağlı isə hələlik son vəziyyət bəlli deyil.