Bakıda yanan 64 yaşlı kişi vəfat etdi

Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir.
Bakının Xəzər rayonu, Binə qəsəbəsində baş verən yanğın hadisəsi dünən saat 14 radələrində baş verib. Hadisənin nəticəsində 64 yaşlı Xanəli Məmməd oğlu İsmayılov ağır termiki yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
İsmayılov xəstəxanada aldığı xəsarətlərdən ölüb. Onun ölümü səbəbi olaraq yanıq xəsarətləri göstərilir.
Hadisənin detalları ilə bağlı Xəzər Rayon Prokurorluğunda araşdırma aparılır. Yanğın səbəblərinin müəyyənləşdirilməsi məqsədilə müvafiq ekspertizalar və sorğular həyata keçirilir.