Ezonn Xəbər

Qırğızıstan Prezidenti: Seçkiləri pozmaq üçün etnik qarşıdurma yaradıla bilər

Qırğızıstan Prezidenti: Seçkiləri pozmaq üçün etnik qarşıdurma yaradıla bilər
Ezonn TV «APA» mənbəsinə istinadən xəbər verir. Qırğızıstan Prezidenti Sadır Japarov, ölkənin cənub bölgəsində qırğızlarla özbəklər arasında etnik qarşıdurma yaradılaraq, prezident seçkilərinin pozulmasına cəhd edilə biləcəyi barədə məlumat aldığını bildirib. Bu barədə Prezident Japarovun Qırğızıstan xalqına etdiyi müraciətdə qeyd olunub. Japarovun sözlərinə görə, bəzi siyasi qüvvələr, kütləvi iğtişaşlar törədərək səsverməni pozmaq məqsədilə etnik ədavəti qızışdırma imkanlarını müzakirə edirlər. O, bunun dövlət üçün ciddi bir təhlükə olduğunu vurğulayıb. "Hazırda onlar yalnız bundan danışırlar. Lakin bu təxribatçı planların həyata keçirilə bilməsi ehtimalı var", – deyə Japarov bildirib. Prezident, 1990 və 2010-cu illərdə baş vermiş etnik qarşıdurmaları xatırlayaraq, xalqı bu cür fikir ayrılıqlarına qarşı diqqətli olmağa çağırıb. Japarov, bu cür qarşıdurmaların vətəndaşların milli hisslərinə toxunan yalan şayiələr və təxribat xarakterli bəyanatlarla başlayabileceyini qeyd edib. O, bütün vətəndaşları birliyə çağıraraq, seçkilərin sülh yolu ilə keçirilməsi üçün mübarizəni davam etdirmək lazım olduğunu da vurğulayıb.