Ezonn Xəbər

“PAŞA Sığorta” iki ay ərzində 31,5 milyon manatdan çox ödəniş edib

“PAŞA Sığorta” iki ay ərzində 31,5 milyon manatdan çox ödəniş edib
Ezonn TV «APA» mənbəsinə istinadən xəbər verir. “PAŞA Sığorta”, 2026-cı ilin sentyabr və oktyabr aylarında müştərilərinə ümumilikdə 31.503.421 manat məbləğində sığorta ödənişi həyata keçirib. Bu barədə məlumatı "APA-Economics"a şirkət verib. Şirkət sentyabr ayında 15.737.870 manat, oktyabr ayında isə 15.766.334 manat sığorta hadisələri üzrə müştərilərinin zərərini ödəyib. İki ayın nəticələri göstərir ki, şirkətin hər iki ay üzrə sığorta ödənişləri eyni səviyyədə, yəni 15,7 milyon manat olub. Ödənişlər, könüllü və icbari sığorta öhdəlikləri çərçivəsində baş vermiş hadisələr üzrə müştərilərə ödənilən vəsaitləri əhatə edir. “PAŞA Sığorta”, Azərbaycanın sığorta bazarında fəaliyyət göstərən lider şirkətlərdən biri olaraq müxtəlif icbari və könüllü sığorta növləri üzrə xidmətlər təqdim edir.