“Titanik”dən 30 metr uzun olan nəhəng layner qəsdən batırıldı: Atlantik okeanında tarixi əməliyyat
Ezonn TV «Musavat.com» mənbəsinə istinadən xəbər verir.
Məşhur “SS United States” sərnişin layneri, ABŞ-da həyata keçirilən tarixi bir əməliyyatla Florida sahillərində, Meksika körfəzinin dibinə endirilib. Bu əməliyyatın məqsədi gəmi ilə dünyada ən böyük süni rif yaratmaqdır. Uzunluğu 302-305 metr olan “SS United States”, əfsanəvi “Titanik” gəmisindən 30 metr daha uzundur.
Gəminin suya batırılması xüsusi texniki əməliyyatla həyata keçirilib. Heç bir partlayıcı maddədən istifadə edilmədən, gövdəsinə açılan dəliklər vasitəsilə suyun içəri dolması təmin edilib. Bu prosedur nəticəsində gəmi, təxminən 55 metr dərinliyə enərək okean dibinə oturub.
“SS United States” 1952-ci ildən fəaliyyətə başlamış və hələ də Atlantik okeanını keçmə sürətinə görə qırılmamış rekorda sahibdir. 1969-cu ildən etibarən istismardan çıxmış bu nəhəng layner, uzun müddət Filadelfiya limanında dayanmışdı. Gəmi vaxtında ABŞ prezidentləri və tanınmış şəxsləri daşımışdır.
Florida ştatının Okalusa dairəsi bu tarixi gəmini 2024-cü ildən etibarən yenidən istifadəyə vermək məqsədilə 13 milyon dollar dəyərlə satın alıb. Layihə çərçivəsində gəmi əvvəlcə Alabama ştatının Mobil şəhərində zərərli materiallardan tamamilə təmizlənib və gələcəkdə quruda muzey olaraq sərgilənəcək.
Bu əməliyyatın ardından su altında yaradılacaq ekosistem, dəniz canlıları üçün yeni yaşayış sahəsi təmin edəcək. Eyni zamanda, gəmi dalğıclar üçün turizm mərkəzi olacağı gözlənilir.