Tarixi mesaj verildi: İki ölkənin birləşməsi qaçılmazdır

Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir.
Çin Respublikası dövlət başçısı Si Cinpin, Tayvanın Çinlə birləşməsinin qaçılmaz olduğunu bəyan edib. O, bu fikri 12 noyabr 2023-cü ildə Pekində, inqilabçı lider Sun Yat-senin anadan olmasının 160-cı ildönümü münasibətilə keçirilən anım mərasimində ifadə edib.
Si, birləşmə prosesini Çin Kommunist Partiyasının tarixi vəzifəsi adlandıraraq, "Tarixin axarını dayandırmaq mümkün deyil" deyib. O, Tayvanın müstəqilliyinə yönələn təşəbbüslərə qarşı çıxmağı vurğulasa da, birləşmənin sülh yolları ilə baş verməsini hədəflədiklərini qeyd edib.
Çin lideri, "Vətənin tam birləşməsi həyata keçirilməli və mütləq həyata keçiriləcək" deyərək, Tayvan məsələsinin çözülməsinin partiyanın prioritetlərindən biri olduğunu bildirdi. O, "Bir ölkə, iki sistem" prinsipi əsasında danışıqlara hazır olduqlarını və münasibətlərin sülh yolu ilə inkişaf etdirilməsinin vacib olduğunu vurğuladı.
Tayvan rəhbərliyi, öz növbəsində, Pekinin "Bir ölkə, iki sistem" modelini qəbul etmədiklərini açıqlayıb. Materik İşləri Şurasının sözçüsü Liang Ven-chieh, bu modelin Tayvanın Çin Kommunist Partiyasının idarəsi altına keçəsi anlamına gəldiyini nəzərə çatdırıb. Tayvanın müstəqilliyini müdafiə edən hərəkatlar da Çin rəhbərliyinin bu cür açıqlamalarına qarşı çıxıb.
Xatırladaq ki, bu açıqlamalar, Tayvan ətrafında artan hərbi fəaliyyətlə eyni vaxta təsadüf edir. Tayvanın Müdafiə Nazirliyi, 12 noyabr tarixində Çinə məxsus 29 hərbi təyyarənin ada ətrafında fəaliyyət göstərdiyini bildirərək, təyyarələrin döyüş hazırlığı patrulu həyata keçirdiklərini xəbər verib. Çin hakimiyyəti, demokratik yolla idarə olunan Tayvanı öz ərazisi hesab edir, bundan əlavə, tərəflər arasındakı siyasi ayrılıq 1949-cu ildən başlayır.