Ezonn Xəbər

“Rəqəmsal Media Ayı” çərçivəsində şəbəkələşmə görüşü keçirilib - FOTOLAR

“Rəqəmsal Media Ayı” çərçivəsində şəbəkələşmə görüşü keçirilib - FOTOLAR
Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir. Media və Yayım Şurasının təşəbbüsü ilə keçirilməkdə olan “Rəqəmsal Media Ayı” çərçivəsində jurnalist və bloger Bikəxanım Məmmədli ilə şəbəkələşmə görüşü təşkil olunub. Görüşdə iştirakçılar arasında müzakirələr aparılıb və məlumat mübadiləsi həyata keçirilib. Görüş zamanı Bikəxanım Məmmədli, rəqəmsal platformalar üçün yaradıcı məzmunun hazırlanmasında, şəxsi brendin formalaşmasında və auditoriya ilə effektli kommunikasiya qurulmasında hərtərəfli fikirlərini bölüşüb. O, sosial media sahəsində cari tendensiyalardan bəhs edərək, auditoriyanın maraqlarına uyğun məzmun strategiyalarının yaradılmasında kreativ yanaşmanın əhəmiyyətini vurğulayıb. İnteraktiv formatda keçirilən bu görüşdə iştirakçıların sualları cavablandırılıb. Sosial media sahəsində mövcud imkanlar, yeni trendlər və məzmun yaradıcılığı ilə bağlı praktiki yanaşmalar müzakirə edilib. Qeyd edək ki, noyabr ayı ərzində müxtəlif hədəf qrupları üçün maarifləndirmə və inkişaf proqramları, praktiki təlimlər, seminarlar, şəbəkələşmə görüşləri və media kampaniyaları təşkil olunaraq, rəqəmsal media trendləri, informasiya təhlükəsizliyi və dezinformasiya ilə mübarizə kimi mövzulara xüsusi diqqət yetiriləcək.