Ezonn Xəbər

“Kızılcık Şerbeti”nin aktrisasının dəfninə niyə qatılmadığını açıqladı

“Kızılcık Şerbeti”nin aktrisasının dəfninə niyə qatılmadığını açıqladı
Ezonn TV «Musavat.com» mənbəsinə istinadən xəbər verir. Türkiyənin "Kızılcık Şerbeti" serialında Işıl obrazını canlandıran aktrisa Ece İrtemin 35 yaşında vəfat etməsi sənət aləmində geniş müzakirələrə səbəb olub. Onun ölüm xəbəri prodüser Faruk Turgutun fikirləri ilə daha da gündəmdə qaldı. Turgut, qatıldığı YouTube proqramında Ece İrtemlə bağlı suala cavabında, aktrisanın vəfatından dolayı derin kədər hiss etdiyini bildirib. Lakin, onun dəfn mərasiminə qatılmamasının səbəbini, aralarında kifayət qədər yaxın münasibət olmaması ilə əlaqələndirib. "Getməyimi tələb edəcək qədər yaxın münasibətimizin olduğunu düşünmədim", - deyə o vurğulayıb. Prodüser, Ece İrtemlə təxminən bir il birlikdə çalışdığını xatırladaraq onun peşəkarlığını yüksək qiymətləndirib. "Çəkiliş meydançasında intizamlıdır. Gözəl bir obraz yaratmışdı", - deyə Turgut qeyd edib. Aktrisanın gənc yaşda vəfat etməsi onun və koleqalarının psixoloji yükünü artıb. Mərasimin Kuşadasında keçirilməsi, iştirak imkanlarını çətinləşdirdiyini də dilə gətirən Turgut, "İstanbulda olsaydı, bəlkə də serialın işçilərindən bəziləri iştirak edə bilərdi" ifadəsini əlavə edib. Mərasimə yalnız kameralara görünmək məqsədilə getməyi mənasız hesab etdiyini də bildirib.