Ezonn Xəbər

Lənkəranda 60 gənc sahibkarlıq imkanları və biznes təşəbbüsləri barədə məlumatlandırılıb

Lənkəranda 60 gənc sahibkarlıq imkanları və biznes təşəbbüsləri barədə məlumatlandırılıb
Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir. Lənkəran rayonunda gənclərin iqtisadi fəallığını artırmaq və müasir biznes mühitinə inteqrasiya olunmasını təmin etmək məqsədilə maarifləndirici tədbir keçirilib. 10 noyabr 2026-cı ildə Lənkəran Heydər Əliyev Mərkəzində, Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə “Üfüq” Gənclərin İnkişafı Naminə İctimai Birliyi tərəfindən təşkil olunan “Gənc Sahibkarların İnkişaf Proqramı” çərçivəsində 60 gənc iştirak edib. Layihə rəhbəri Həzrət Bədiyev tədbirdə çıxış edərək gənclərin yalnız iş axtaran deyil, yeni iş yerləri yarada biləcək təşəbbüskar fərdlər kimi yetişməsinin vacibliyini vurğulayıb. O, bildirərək qeyd edib ki, sahibkarlıq düşüncəsinin erkən mərhələdə inkişaf etdirilməsi, gənclərə imkanları düzgün qiymətləndirməyə, riskləri analiz etməyə və müstəqil qərarlar qəbul etməyə kömək edir. Təlimçi Orxan Məmmədov, gənclərlə müzakirələr zamanı müasir dövrdə sahibkarlığın yaradığı imkanları, bazar ehtiyaclarını müəyyənləşdirməyi, düzgün biznes istiqamətini seçməyi, maliyyə savadlılığını və marketinq strategiyalarını izah edib. Onun fikrincə, müvəffəqiyyətli biznesin qurulması üçün yalnız ideya yetərli deyil; planlama, maliyyə resurslarının idarə olunması və bazar tələblərinin öyrənilməsi də önəm daşıyır. Tədbir müddətində iştirakçılar, sahibkarlıq fəaliyyətinə başlamaq üçün mövcud imkanlar barədə fikir mübadiləsi aparıb və öz biznes ideyalarını bölüşüblər. Layihənin məqsədi Lənkəran və Masallı rayonlarında ümumilikdə 120 gəncin sahibkarlıq sahəsində bilik və bacarıqlarının artırılmasıdır, həmçinin onların özünüməşğulluq və biznes təşəbbüslərinə təşviq edilməsidir.