Ezonn Xəbər

Bakıda məşhur restoranda yoxlama: ət və salatda mikrobioloji uyğunsuzluqlar

Bakıda məşhur restoranda yoxlama: ət və salatda mikrobioloji uyğunsuzluqlar
Ezonn TV «Axar.az» mənbəsinə istinadən xəbər verir. Bakının Nizami rayonunda yerləşən “Qızıl Qaya” restoranında aparılan yoxlamalar nəticəsində bir sıra mikrobioloji uyğunsuzluqlar aşkarlanıb. Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb. Agentlik bildirir ki, restoranın sanitar-gigiyenik vəziyyəti qənaətbəxş hesab edilmir. Söz konusu yoxlamalar zəhərlənmə şübhəsi ilə bağlı həyata keçirilib. Yoxlamalar zamanı qida məhsullarının emalı və saxlanılması prosesində ciddi nöqsanlar aşkar olunub. Xüsusilə çarpaz çirklənmə risklərinə yol verildiyi qeyd edilib. Laborator müayinələrinin nəticələrinə görə, çiy mal ətində, marinad edilmiş toyuq lüləsində və toyuq kababında Listeria monocytogenes, həmçinin paytaxt salatında Escherichia coli (E.coli) bakteriyaları təsbit edilib. Aşkarlanan mikrobioloji uyğunsuzluqlara görə qanunvericiliyə uyğun tədbirlər görülüb və restoranla bağlı müvafiq addımlar atılacağı bildirilib.