Rusiya viza qaydalarında dəyişiklik edir

Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir.
Rusiya Xarici İşlər Nazirliyi əcnəbilərə tətbiq olunan vahid elektron viza qaydalarında dəyişiklik etməyi planlaşdırır. Bu dəyişikliklərə əsasən, elektron vizaların qalma müddəti ilə etibarlılıq müddəti arasındakı fərq aradan qaldırılaraq, hər ikisi 45 gün müəyyən ediləcək.
Hazırda Rusiyada elektron vizalar 120 gün etibarlıdır, lakin ölkədə maksimum 30 gün qalma icazəsi verilir. Yeni qayda sayəsində bu müddət 45 günə qədər artırılacaq. Rusiya hökumətinin hazırladığı qanun layihəsi, əcnəbi vətəndaşların bütün beynəlxalq sərhəd keçidlərindən elektron viza ilə keçməsinə imkan tanımağı məqsəd qoyur.
Qanun layihəsinin təsdiqlənməsi və parlamentə təqdim edilməsi, həmçinin Federasiya Şurası tərəfindən qəbul edilməsi və Prezident Vladimir Putinin imzası ilə qüvvəyə minməsi gözlənilir. Bu yeni dəyişiklik, Türkiyə vətəndaşları da daxil olmaqla, Rusiyanın vahid elektron viza mürtaciətindən faydalanacaq 64 ölkəni əhatə edəcək.
Yeni qaydanın qüvvəyə minməsi halında, Türkiyə vətəndaşları elektron viza ilə Rusiyada 45 günə qədər qala biləcəklər. Bu, günümüzdə viza proseslərinin sadələşdirilməsi məqsədini güdməkdədir.