Ezonn Xəbər

Azərbaycana yeni təlim təyyarələri gətiriləcək

Azərbaycana yeni təlim təyyarələri gətiriləcək
Ezonn TV «Axar.az» mənbəsinə istinadən xəbər verir. Azərbaycanda pilotların təlim uçuşları üçün istifadə olunan "Cessna 172 Skyhawk" tipli hava gəmilərinin sayı artırılacaq. Bu barədə ASG Helicopter Services MMC-nin qərb texnikası üzrə texniki direktoru Vələd Vələdov jurnalistlərə açıqlama verib. Vələdovun sözlərinə görə, hazırda şirkət tərəfindən xidmət göstərilən bu hava gəmilərinin sayı 5-dir. Gələcəkdə isə daha 5 hava gəmisinin alınması planlaşdırılır. Bu addım ilə pilot təlim təyyarələrinin ümumi sayı 10-a çatdırılacaq. Yeni hava gəmiləri Amerika istehsalıdır və Almaniya istehsalı olan mühərriklərlə təchiz olunub. Mühərriklərin xüsusiyyətləri arasında həm dizel, həm də aviasiya yanacağı ilə işləmə imkanları var. Bu hava gəmiləri, əsasən, Aviasiya Təlim Mərkəzində (ATM) pilotların təlim uçuşları üçün istifadə ediləcək. ASG Helicopter Services MMC, bu hava gəmilərinə operativ texniki xidmət də təqdim edir. Şirkət tərəfindən həyata keçirilən xidmətlər arasında hava gəmilərinin texniki xidmət proqramına uyğun yoxlamalar, mühərriklərin çıxarılması və quraşdırılması, həmçinin hava gəmilərinin hissələrinin dəyişdirilməsi kimi işlər mövcuddur.