Gürcüstan Aİ üçün Şərq dəhlizi olmağa hazırdır

Ezonn TV «Modern.az» mənbəsinə istinadən xəbər verir.
Gürcüstanın Baş naziri İrakli Kobaxidze, Avropa Siyasi Birliyinin sammiti çərçivəsində ölkəsinin Avropa İttifaqı ilə Şərq istiqamətində quru daşımaları üzrə əməkdaşlığa hazır olduğunu açıqlayıb.
Kobaxidze, Cənubi Qafqazın və xüsusi ilə Gürcüstanın bu bölgədə yeganə quru dəhlizi olduğunu vurğuladı. Baş nazir, "Biz bu istiqamətdə Avropa və Avropa İttifaqı ilə əməkdaşlığa tam hazırıq. Təbii ki, avropalı tərəfdaşlarımızla bu barədə danışacağıq," - deyə əlavə edib.
O, Rusiyanın iqtisadi təcridi və Yaxın Şərqdəki münaqişələrin Avropanın Şərqə çıxış yollarını bağladığını qeyd edib. Bu vəziyyətdə Gürcüstanın tranzit rolu daha da əhəmiyyətli hal alır.
Kobaxidzenin fikrincə, Gürcüstanın strateji coğrafi mövqeyi, ölkəni Avropa İttifaqı üçün mühüm bir quru dəhlizi halına gətirir. Bu, həmçinin regional təhlükəsizlik və əməkdaşlıq üçün yeni imkanların açılmasına da şərait yaradır.