Casusla münasibət karyerasını bitirdi — “Nvidia”nın rəhbəri istefa verdi

Ezonn TV «Qafqazinfo» mənbəsinə istinadən xəbər verir.
ABŞ-ın texnologiya nəhəngi “Nvidia” şirkətinin baş direktoru Censen Huanq, günlərdir müzakirə olunan xəyanət qalmaqalı fonunda istefa verib. Bu məlumat “Bloomberg” tərəfindən yayımlanıb.
Şirkətin Direktorlar Şurası artıq yeni baş direktorun seçilməsi prosesinə başlayacaq. Mütəxəssislərin həm şirkət içindən, həm də kənardan namizədləri nəzərdən keçirəcəyi bildirilib. Vəzifənin müvəqqəti icrası isə şirkətin maliyyə direktoru Kolet Kressə həvalə edilib.
Censen Huanqın istefası, noyabrın əvvəlində onun çinli sahibkar Elis Huanqla olan münasibətləri barədə yayılan məlumatlardan sonra baş verib. ABŞ xüsusi xidmət orqanlarının bu qadının Çin kəşfiyyatı ilə əlaqələrindən şübhələnməsi, müstəqil bir araşdırmaya səbəb olub.
Huanq, əməkdaşlara ünvanladığı açıq məktubda həyat yoldaşına xəyanət etdiyini etiraf edərək, həmkarlarından, Direktorlar Şurasından və səhmdarlardan üzr istəyib. Bu hadisə, onun karyerasında ciddi bir dönüm nöqtəsinin yaşandığını göstərir.