General Natiq Əliyevin qızı ev dustaqlığına buraxıldı
Ezonn TV «APA» mənbəsinə istinadən xəbər verir.
Sumqayıt Şəhər Məhkəməsi ötən gün keçirtdiyi iclasda mediator Türkər Əliyevanın ev dustaqlığına buraxılması yönündə qərar verib. O, külli miqdarda vəsaitin dələduzluq yolu ilə ələ keçirilməsində ittiham olunur.
Məhkəmə, Türkər Əliyevanın himayəsində üç azyaşlı və bir yetkinlik yaşına çatmamış uşağın olduğunu, onları təkbaşına böyütməsini və ziyanın müəyyən hissəsinin geri qaytarılmasını nəzərə alaraq, barəsində ev dustaqlığı qətimkan tədbirinin seçilməsinə qərar verib. Həmçinin, Türkər Əliyevanın daimi yaşayış yeri olması və istintaq orqanından yayınmaması da vacib argumentlər arasında yer aldı.
Türkər Əliyeva, Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin sabiq rəisi general-mayor Natiq Əliyevin qızıdır. Onun barəsində Cinayət Məcəlləsinin bir neçə maddəsi, o cümlədən dələduzluq və vəzifə saxtakarlığı ilə bağlı ittiham irəli sürülüb.
İttihama görə, Türkər Əliyeva torpaq sahələrinin sənədləşdirilməsi adı altında əhəmiyyətli miqdarda pul alıb. O, Ceyhun Rzayevin şikayəti əsasında prokurorluq tərəfindən saxlanılıb. Prosesin gedişi davam edir, onunla bağlı daha çox məlumat gözlənilir.