Ezonn Xəbər

General qızı həbs edilmədi - Qərar verildi

General qızı həbs edilmədi - Qərar verildi
Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir. General-mayor Natiq Əliyevin qızı Türkər Əliyeva dünən gecədən saxlanılaraq Sumqayıt Şəhər Məhkəməsinə təqdim edilib. Məhkəmədə prokuror, onun ağır cinayətdə təqsirləndirildiyini və şahidlərə təsir etmək imkanının olduğunu əsas gətirərək həbs edilməsini tələb edib. Türkər Əliyevanın vəkilinə əsasən, təqdimatın təmin edilməsinin əsaslı olmadığını vurğulayıb. Vəkil, müvəkkilinin 4 azyaşlı uşağı olduğunu məhkəmənin diqqətinə çatdırıb. Məhkəmə, Türkərin həbsinə əsas görməməklə, ev dustaqlığı qətimkan tədbirinin seçilməsinə qərar verib. Məhkəmənin qərarında uşaqlarını təkbaşına böyütməsi və vurulmuş ziyandan müəyyən məbləğdə geri qaytarılmasının da nəzərə alındığı bildirilib. Türkər Əliyeva, keçmiş MTN generalı Ceyhun Rzayevin şikayəti əsasında tutulub. İttihamlar arasında torpaq sahəsinin sənədləşdirilməsi adı ilə Rzayevdən külli miqdarda pul almaq halları var. O, Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilir.