Generalın qızı ev dustaqlığına buraxıldı

Ezonn TV «Axar.az» mənbəsinə istinadən xəbər verir.
Dələduzluqla ittiham olunan mediator Türkər Əliyeva ev dustaqlığına buraxılıb. Bu qərar Sumqayıt Şəhər Məhkəməsində qəbul edilib. Türkər Əliyevanın himayəsində 3 azyaşlı və 1 yetkinlik yaşına çatmayan uşağın olması məhkəmənin qərarını təsirləndirib.
Məhkəmənin qərarına əsasən, Türkər Əliyeva uşaqlarını təkbaşına böyütməsi, vurulmuş ziyandan müəyyən məbləğdə geri qaytarılması və daimi yaşayış yerinin olması da nəzərə alınıb. Bundan əlavə, onun istintaq orqanından yayınmaması və yayınmaq niyyətini təsdiq edəcək heç bir sübutun olmaması da qərara təsir edib.
Türkər Əliyeva Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 32.4, 313-cü (vəzifə saxtakarlığına təhrik etmə) maddələri ilə ittiham olunub. İttihama görə, o, torpaq sahəsinin sənədləşdirilməsinə kömək adı altında külli miqdarda pul alıb.
Türkər Əliyeva Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin sabiq rəisi general-mayor Natiq Əliyevin qızıdır. Onun barəsində 4 ay müddətinə ev dustaqlığı seçilib və prokurorluqda aparılan araşdırma çərçivəsində saxlanılıb.