Casusla münasibət karyerasını bitirdi - “Nvidia”nın rəhbəri istefa verdi

Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir.
ABŞ-nin texnologiya nəhəngi “Nvidia” şirkətinin baş direktoru Censen Huanq, gündəmdə olan xəyanət qalmaqalı səbəbilə istefa verdiyini açıqlayıb. Bu barədə “Bloomberg” məlumat yayıb.
Censen Huanqın istefası ilə bağlı “Nvidia”nın Direktorlar Şurası yeni rəhbərin seçilməsi prosesinə başlayacaq. Yeni baş direktorun seçilməsi üçün həm şirkət daxilindən, həm də kənardan namizədlər nəzərə alınacaq. Bu arada, baş direktor vəzifəsinin müvəqqəti icrası şirkətin maliyyə direktoru Kolet Kressə tapşırılıb.
Xatırladaq ki, noyabrın əvvəlində Huanqın çinli sahibkar Elis Huanqla münasibətləri barədə yayılan xəbərlər, “Nvidia”da müstəqil araşdırma aparmağa səbəb olub. ABŞ xüsusi xidmət orqanları, Elis Huanqın Çin kəşfiyyatı ilə əlaqələrindən şübhələndiklərini bildirmişdilər.
Huanq, əməkdaşlarına ünvanladığı açıq məktubda həyat yoldaşına xəyanət etdiyini etiraf edərək həmkarlarından, Direktorlar Şurasından və səhmdarlardan üzr istəyib. Bu hadisələr “Nvidia”nın rəhbərliyi ilə bağlı yeni bir dönəmin başlamasına zəmin yaradıb.