Uşaq hüquqlarının müdafiəsi ilə bağlı maarifləndirmə tədbiri keçirilib

Ezonn TV «Naxçıvan Xəbərləri» mənbəsinə istinadən xəbər verir.
Noyabrın 11-də Naxçıvan Dövlət Universitetinin nəzdindəki Naxçıvan Dövlət Texniki Kollecində uşaqların hüquqlarının müdafiəsi məqsədilə maarifləndirmə tədbiri keçirilib. Tədbirdə iştirak edən Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin Naxçıvan Regional Mərkəzinin rəhbəri vəzifəsini icra edən Qasım Bayramov və Naxçıvan Dövlət Texniki Kollecinin direktoru Asəf Ruşanov, Ümumdünya Uşaq Hüquqları Gününün əhəmiyyətindən və uşaqların hüquqlarının qorunması istiqamətində maarifləndirmənin önəminə toxunublar.
Tədbir çərçivəsində, Naxçıvan Regional Mərkəzinin əməkdaşları Rəşid Talıbov və Vahidə Bayramova, Ombudsmanın uşaq hüquqlarının müdafiəsi ilə bağlı fəaliyyətləri, hüquq pozuntularının monitorinqi və bu sahədə həyata keçirilən müstəqil monitorinq mexanizminin rolu haqqında ətraflı məlumat veriblər. Həmçinin, uşaqların hüquq və azadlıqlarının qorunması üçün nəzərdə tutulan tədbirlərin əhəmiyyəti vurğulanıb.
Müzakirələrdə iştirakçılar, uşaq hüquqlarına dair mosmara və suallarını təqdim edib, onlara geniş şəkildə cavablar verilib. Tədbirin sonunda uşaqların hüquqları ilə bağlı maarifləndirici bukletlər paylanıb və mövzuya aid hazırlanan videoçarx nümayiş etdirilib.