"Nvidia"nın baş direktoru istefa verdi

Ezonn TV «Axar.az» mənbəsinə istinadən xəbər verir.
ABŞ-ın neyron şəbəkələr və oyun texnologiyaları sahəsində tanınan nəhəngi "Nvidia"nın həmtəsisçisi və baş icraçı direktoru Censen Huanq, vəzifəsindən istefa verib. Bu barədə ABŞ-ın Associated Press (AP) agentliyi məlumat yayıb.
İstefa qərarının arxasında Huanqın şəxsi əlaqələri ilə bağlı yaşanan qalmaqal və milli təhlükəsizlik riskləri durur. Məlumata görə, ABŞ rəsmiləri, Huanqın Çin kəşfiyyatı ilə əlaqədə şübhəli bir qadınla münasibətdə olmasını araşdırmağa başlayıblar. Bu vəziyyət, "Nvidia" şöbələri arasında ciddi narahatlıqlara səbəb olub.
Şirkət rəhbərliyi, milli təhlükəsizliklə bağlı kommersiya sirlərinin və məlumatların ələ keçirildiyinə dair ciddi bir əsas olmadığını bildirib. Bununla belə, araşdırma davam edir.
Censen Huanq, 1993-cü ildən "Nvidia"nı idarə edir və 63 yaşında şirkətə rəhbərlik etməyə başlayıb. Onun istefası, texnologiya sahəsindəki dəyişikliklərlə yanaşı, şirkətin gələcək strategiyaları üçün də yeni bir dövrün başlanğıcı ola bilər.
Şirkətin maliyyə direktoru Kolet Kress, müvəqqəti baş icraçı direktor vəzifəsinə təyin edilib. Bu, "Nvidia"nın gələcək inkişafına necə təsir edəcəyi maraqla gözlənilir.