Ezonn Xəbər

Censen Huang istefa verdi

Censen Huang istefa verdi
Ezonn TV «Yeniçağ» mənbəsinə istinadən xəbər verir. Nvidia şirkətinin baş direktoru Censen Huang, nikahdankənar münasibətlərinə dair iddialar üzündən istefa verib. "The Guardian" nəşrinin məlumatına görə, Huangın istefası direktorlar şurası tərəfindən təsdiqlənib. Şirkətin maliyyə direktoru Kolet Kress, Censen Huangın yerinə daimi varis təyin olunana qədər müvəqqəti rəhbərlik edəcək. Direktorlar şurası, Huangın şirkətə və texnologiya sektoruna verdiyi töhfələri yüksək qiymətləndirib, lakin onun şəxsiyyət məsələləri ilə bağlı konkret bir açıqlama verməyib. Qeyd edək ki, daha əvvəl Huang, Çinin xüsusi xidmət orqanları ilə əlaqəli olduğu iddia edilən biznesmen Elis Huangla olan münasibətləri araşdırmaq üçün "Wachtell, Lipton, Rosen & Katz" hüquq firmasını cəlb edib. Censen Huang, həmin qadının Çin hökuməti üçün çalışdığını inkar etsə də, nikahdankənar münasibəti olduğunu təsdiqləyib. Həmçinin,"The New York Times"ın məlumatına görə, Huangın, şirkətin səhiyyə sahəsi üzrə prezidenti Kimberli Pauelllə də nikahdankənar münasibəti olub. Onların mart ayında şirkət konfransında bir hotellə birlikdə görüntüləndiyi qeyd olunub. Censen Huang, 1993-cü ildən bəri rəhbərlik etdiyi Nvidia şirkətində 870 milyondan çox səhmə, yəni 3.6% paya sahibdir. Onun sərvətinin 145 milyard dollar olduğu bildirilir. Qalmaqal səbəbindən Nvidia-nın səhmləri son günlər 11 faizdən çox dəyər itirib, şirkətin bazar dəyəri isə 4 trilyon dolları ötmüşdür.