Gələn il Bakıda Dünya Bankı ilə birgə qlobal konfrans keçiriləcək
Ezonn TV «APA» mənbəsinə istinadən xəbər verir.
2027-ci ilin aprel ayında Bakıda Dünya Bankı Qrupu ilə birgə Dövlət Müəssisələri üzrə Qlobal Konfransın keçirilməsi planlaşdırılır. Bu barədə maliyyə naziri Sahil Babayev Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Roland Praysın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü zamanı məlumat verib.
Görüşdə konfransa hazırlıq işləri müzakirə olunub. Konfransın dövlət müəssisələrinin idarə olunması və maliyyə dayanıqlığının artırılması sahəsində beynəlxalq təcrübə mübadiləsi üçün əhəmiyyətli bir platforma olacağı vurğulanıb.
Tərəflər, həmçinin dövlət müəssisələrinin maliyyə intizamı, korporativ idarəetmə və dividend siyasəti sahələrində yeniliklər müzakirə edərək, potensial fiskal risklərin idarə olunması istiqamətində əməkdaşlıq imkanlarını araşdırıblar.
Bu konfransın keçirilməsi, Azərbaycan üçün dövlət müəssisələrinin idarəedilməsi sahəsində yeni yanaşmaların tətbiqi və beynəlxalq standartlara uyğunlaşdırılması baxımından müstəsna əhəmiyyət daşıyır.