Casusla eşqi karyerasını bitirdi — “Nvidia”nın rəhbəri istefa verdi

Ezonn TV «Qafqazinfo» mənbəsinə istinadən xəbər verir.
ABŞ-nin texnologiya nəhəngi “Nvidia” şirkətinin baş direktoru Censen Huanq, son günlərdəki xəyanət qalmaqalı ilə gündəmə gəlib. Şirkət rəhbəri, bu vəziyyət fonunda istefa verməyə qərar alıb.
Bununla bağlı olaraq, “Bloomberg” agentliyi məlumat yayıb ki, “Nvidia”nın Direktorlar Şurası yeni baş direktor axtarışına başlayacaq. Yeni rəhbərin seçilməsində gözlənildiyi kimi, həm şirkət daxilindəki, həm də xaricdən namizədlər nəzərdən keçiriləcək. Şirkətin maliyyə direktoru Kolet Kress isə müvəqqəti olaraq baş direktor vəzifəsini icra edəcək.
Censen Huanqın şəxsi həyatı ilə bağlı mübahisələr noyabrın əvvəlində gündəmə gəlmişdi. O, çinli sahibkar Elis Huanqla əlaqələri barədə yayılan xəbərlərdən sonra “Nvidia” şirkətinin müstəqil araşdırma aparmağa başladığını bildirdi. ABŞ-ın xüsusi xidmət orqanları, Huanqın tanışı ilə Çin kəşfiyyatı arasında mümkün əlaqələri şübhə altına alıb.
Huanq, əməkdaşlarına ünvanladığı açıq məktubda, özünün həyat yoldaşına xəyanət etdiyini etiraf edərək həmkarlarından, Direktorlar Şurasından və səhmdarlardan üzr istəyib. Bu baş vermiş hadisə, texnologiya dünyasında geniş şəkildə müzakirə olunur.