Ezonn Xəbər

Casusa eşqi karyerasını bitirdi — “Nvidia”nın rəhbəri istefa verdi

Casusa eşqi karyerasını bitirdi — “Nvidia”nın rəhbəri istefa verdi
Ezonn TV «Qafqazinfo» mənbəsinə istinadən xəbər verir. ABŞ-ın texnologiya nəhəngi “Nvidia” şirkətinin baş direktoru Censen Huanq, şəxsi həyatında baş verən bir qalmaqal səbəbindən istefa verdiyini açıqlayıb. Günlərdir müzakirə edilən bu xəyanət hadisəsi, onun karyerasına ciddi təsir edib. “Bloomberg” xəbər verir ki, Huanqın istefasından sonra şirkətin Direktorlar Şurası yeni baş direktorun seçilməsi prosesinə başlayacaq. Namizəd təsdiqi üçün həm şirkət daxilindən, həm də xaricdən müvafiq şəxslər nəzərdən keçiriləcək. Müvəqqəti olaraq bu vəzifənin icrası şirkətin maliyyə direktoru Kolet Kressə həvalə olunub. Xatırladaq ki, noyabrın əvvəlində Huanqın, çinli sahibkar Elis Huanqla olan münasibətləri barədə məlumatlar ortaya çıxdıqdan sonra “Nvidia” müstəqil araşdırma həyata keçirmək qərarına gəlib. ABŞ xüsusi xidmət orqanlarının, Elis Huanqın Çin kəşfiyyatı ilə əlaqələr saxladığını iddia etdiyi bildirilir. Huanq, əməkdaşlarına göndərdiyi açıq məktubda həyat yoldaşına xəyanət etdiyini etiraf edərək həmkarlarından, Direktorlar Şurasından və səhmdarlardan üzr istəyib. Bu hadisə “Nvidia”nın imicinə ciddi zərbə vurmuş vəziyyətdədir.