Ezonn Xəbər

Rusiyada hərbçiyə sui-qəsddə şok gəlişmə – Şübhəli Türkiyəyə qaçıb, yoxa çıxıb!

Rusiyada hərbçiyə sui-qəsddə şok gəlişmə – Şübhəli Türkiyəyə qaçıb, yoxa çıxıb!
Ezonn TV «Musavat.com» mənbəsinə istinadən xəbər verir. Sankt-Peterburqda bir hərbçinin ölümünə səbəb olan avtomobil partlayışı ilə bağlı yeni məlumatlar ortaya çıxıb. Hadisədə şübhəli bilinən 31 yaşlı yerli sakin, partlayışdan yalnız iki saat sonra Pulkovo hava limanından Türkiyəyə uçduğu bildirilib. Rusiya mediasına istinadən, Sankt-Peterburqun Slavyanka qəsəbəsində baş verən bu hadisənin arxasında şübhəli şəxsin olduğu ehtimal edilir. O, partlayıcı qurğunu hərbçinin avtomobilinə yerləşdirmiş olduğu iddia olunur. Partlayış avtomobilin hərəkətə başlamasından sonra baş verib və nəticədə sürücü həlak olub. Partlayış, səhər saat 7 radələrində avtomobilin təxminən 300 metr hərəkət etdikdən sonra baş vermişdir. İlk ehtimallara görə, partlayıcı qurğu məsafədən işə salınmışdır. Bu, avtomobilin hərəkətə başlayarkən avtomatik olaraq aktivləşməsi və ya GPS vasitəsi ilə izlənməsi ilə mümkün olmuşdur. Həlak olan hərbçinin kimliyi ilə bağlı mətbuatda müxtəlif məlumatlar yayılıb. "78.ru" nəşrinin ilk xəbərində, 6-cı Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Ordusunun baş şturmanı Dmitri Lobodin həlak olduğu bildirilmişdi, lakin bu məlumat daha sonra silinib. Ukraynanın monitorinq kanallarında isə Andrey Xodıkin və Viktor Pozdnyakovun adları hallandırılıb. Hansının gerçək qurban olduğu hələlik təsdiq edilməyib.