Vaşinqtonda silahlı insident: Bir neçə nəfər güllələndi

Ezonn TV «Axar.az» mənbəsinə istinadən xəbər verir.
ABŞ-ın paytaxtı Vaşinqtonda baş verən silahlı insident nəticəsində bir neçə nəfər güllələnib. Hadisə 15-ci küçə ilə P küçəsinin kəsişməsində baş verib.
Metropolitan Polis Departamenti, aktiv atışma ilə bağlı əməliyyat həyata keçirildiyini bildirib. Hadisə yerində polisin xüsusi təcili müdaxilə qrupu fəaliyyət göstərir.
ABŞ-ın Alkoqol, Tütün, Odlu Silahlar və Partlayıcı Maddələr Bürosunun (ATF) əməkdaşları da hadisə yerindədir.
İlkin məlumatlara görə, silahlı insidentin səbəbləri hələlik məlum deyil. Yaralıların vəziyyəti barədə də əlavə məlumat verilməyib.