Ezonn Xəbər

Çar Rusiyasının sonuncu, Cümhuriyyətin ilk ŞEYXÜLİSLAMI kimdir?

Çar Rusiyasının sonuncu, Cümhuriyyətin ilk ŞEYXÜLİSLAMI kimdir?
Ezonn TV «Lent.az» mənbəsinə istinadən xəbər verir. Axund Məhəmməd Fərəculla Pişnamazzadə, Çar Rusiyası dövründə Qafqaz müsəlmanlarının yeddinci şeyxülislamıdır. O, 1853-cü il mayın 15-də Gəncə şəhərində ruhani bir ailədə dünyaya gəlib. Pişnamazzadənin atası Axund Əli, babası Molla Hüseyn Pişnamazzadə də tanınmış din alimləridirlər. Pişnamazzada ailəsi, Gəncənin nüfuzlu ruhani ailələrindən biri olaraq tanınır. Böyüdüyü mühit, Məhəmməd Pişnamazzadənin dünyagörüşünün formalaşmasına mühüm təsir göstərmişdir. O, ilkin dini biliklərini ailəsindən almış, sonrasında Gəncə mədrəsəsində və Təbrizdə ali təhsil almışdır. 1883-cü ildən etibarən Tiflisə dönərək dini fəaliyyətlərini davam etdirmişdir. Pişnamazzadə yalnız dini fəaliyyətlə kifayətlənməyib, dünyəvi elmlərin öyrənilməsinə də diqqət yetirmişdir. Onun fikrinə görə, cəmiyyətdə inkişaf üçün insanları savadlandırmaq, müasir təhsil imkanlarından yararlanmaq vacibdir. Bu məqsədlə, Gəncədə “Məktəbi-xeyriyyə” adlı təhsil ocağını da daxil edərək, onlarla məktəbin açılmasında mühüm rol oynamışdır. 1892-ci ildən Gəncə Cümə məscidinə baş molla təyin olunmuş, bir il sonra Tiflis Vilayət Ruhani Məclisinin üzvü seçilmişdir. 1895-ci ildən isə Gəncə Vilayət Ruhani Məclisinin sədri kimi fəaliyyət göstermişdir. Lakin, Pişnamazzadənin maarifçilik fəaliyyəti çar hakimiyyətinin diqqətindən yayınmamışdır. O, müxtəlif dövrlərdə təqiblərə məruz qalmış, həbs edilib və sürgün olunmuşdur.