Leyla Əliyeva COP31 çərçivəsində muzeyin açılışında iştirak etdi

Ezonn TV «Yeniçağ» mənbəsinə istinadən xəbər verir.
Türkiyənin Antalya şəhərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində noyabrın 12-də Sıfır Tullantı Muzeyinin açılışı həyata keçirilib. Mərasimdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Alyona Əliyeva iştirak edib.
Tədbirdə, həmçinin COP31-ə qatılan dövlət və hökumət başçılarının xanımları, beynəlxalq təşkilatların nümayəndələri və BMT-nin Sıfır Tullantı üzrə Yüksək Səviyyəli Şəxslər Məsləhət Şurasının üzvləri yer alıb. Muzeyin açılışını bildirən lent, mərasimin iştirakçıları tərəfindən kəsilib,
Türkiye'nin Sıfır Tullantı Fondu tərəfindən qurulan muzey, 2017-ci ildən bəri inkişaf etdirilən Sıfır Tullantı Layihəsinin milli və beynəlxalq miqyasda nailiyyətlərini əks etdirir. Muzeyin əsas məqsədinin gündəlik həyatda istifadə olunan əşyaların yaşam dövrünü uzatmaq, təbii ehtiyatların qorunması və tullantıların azaldılması istiqamətində ictimai maarifləndirməni artırmaq olduğu bildirilir.
Qeyd olunub ki, muzeydə təqdim olunan təcrübənin beynəlxalq miqyasda tanıdılması və müxtəlif ölkələrdə sıfır tullantı yanaşmasının təşviqinə dəstək verməsi planlaşdırılır.