Leyla və Alyona Əliyevalar Sıfır Tullantı Muzeyinin açılışında

Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir.
Noyabrın 12-də Türkiyənin Antalya şəhərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışı baş tutub. Açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Alyona Əliyeva iştirak edib.
Mərasim zamanı dövlət və hökumət başçılarının xanımları, beynəlxalq təşkilatların nümayəndələri, eləcə də BMT-nin Sıfır Tullantı üzrə Yüksək Səviyyəli Şəxslər Məsləhət Şurasının üzvləri də yer alıblar. Açılış lentini tədbir iştirakçıları birgə kəsiblər.
Sıfır Tullantı Muzeyi, 2017-ci ildən fəaliyyətə başlayan Sıfır Tullantı Layihəsinin milli və beynəlxalq inkişafını əks etdirir. Muzeyin yaradılmasında məqsəd gündəlik həyatda istifadə olunan əşyaların ömrünü uzatmaq, təbii ehtiyatları qorumaq və tullantıları azaltmaqdır.
Layihə çərçivəsində ictimai maarifləndirmənin gücləndirilməsi hədəflənir. Muzeydə təqdim olunan təcrübənin beynəlxalq miqyasda yayılması və müxtəlif ölkələrdə sıfır tullantı yanaşmasının təşviqinə yardım etməsi planlaşdırılır. Bu, ekoloji dayanıqlıq səylərinə mühüm töhfə verəcəkdir.