İlham Əliyev Kiriakos Miçotakislə görüşdü

Ezonn TV «Axar.az» mənbəsinə istinadən xəbər verir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində Yunanıstan Respublikasının Baş naziri Kiriakos Miçotakis ilə görüş keçirib. Görüşdə iki ölkə arasındakı ikitərəfli münasibətlər müzakirə edilib.
Söhbət zamanı Azərbaycan-Yunanıstan əlaqələrinin dərinləşdirilməsi barədə fikir mübadiləsi aparılıb. Prezident Əliyev, həmçinin ölkəmizin Avropa, o cümlədən Yunanıstanın enerji təhlükəsizliyindəki rolunu və bu sahədəki töhfələrini vurğulayıb.
Dövlət başçıları arasında TAP layihəsinin əhəmiyyəti ilə bağlı müzakirələr aparılıb. Bu layihənin Avropanın enerji təminatında nə dərəcədə vacib olduğu diqqətə çatdırılıb.
Eyni zamanda, Azərbaycanın Avropaya enerji, xüsusilə qaz ixracını artırmaq üçün əlavə imkanlarının olduğu qeyd edilib. Bu baxımdan Avropa İttifaqının maliyyə və prosedur mexanizmlərinin yenidən nəzərdən keçirilməsinin zəruriliyi vurğulanıb.