Ezonn Xəbər

İlham Əliyevlə Paşinyan Dublində görüşdü: sərhədlərin delimitasiyası müzakirə olunub

İlham Əliyevlə Paşinyan Dublində görüşdü: sərhədlərin delimitasiyası müzakirə olunub
Ezonn TV «Modern.az» mənbəsinə istinadən xəbər verir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də İrlandiyanın Dublin şəhərində “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan ilə görüşüb. Liderlər, 2025-ci il avqustun 8-də keçirilmiş Vaşinqton Sülh Sammitinin nəticələrini müzakirə ediblər. Görüşdə iki ölkə arasında sülhün möhkəmləndirilməsi, nəqliyyat və tranzit əlaqələrinin inkişafı, iqtisadi-ticari münasibətlər və sərhədlərin delimitasiyası məsələlərinə dair praktiki addımlar müzakirə edilib. Tərəflər, etimad quruculuğu tədbirlərinin həyata keçirilməsi yollarını da müzakirə edib. Liderlər, həmçinin Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) inkişafı istiqamətində irəliləyişlər barədə fikir mübadiləsi aparıblar. Marşrutun dəmir yolu və avtomobil yolu komponentlərinin planlaşdırılması da müzakirə mövzusu olub. Son dövrdə Azərbaycan ərazisindən Ermənistana daşınan yüklərin miqdarı 105 min ton təşkil edib. Bu halı müsbət kimi qeyd edən liderlər, iqtisadi və ticari əlaqələrin daha da inkişafı mövzularında fikir mübadiləsi aparıblar. Xüsusilə, ətraf mühit və transsərhəd su əməkdaşlığının əhəmiyyəti vurğulanıb. Tərəflər, transsərhəd çayların idarə olunması üzrə işçi qrupların yaradılmasını alqışlayıb. Görüşün sonunda liderlər, sülh prosesinin müsbət dinamikasının qorunub saxlanılmasının vacibliyini bir daha təsdiqləyiblər.