Göygöldə açıq ərazidən kişi meyiti tapılıb

Ezonn TV «APA» mənbəsinə istinadən xəbər verir.
Göygöl rayonunda Hacıməlik qəsəbəsində açıq ərazidə 84 yaşlı kişinin meyiti aşkarlanıb. Məlumatlara görə, meyit Astara rayon sakini M.Hüseynova aiddir. Hadisə yerinə dərhal polis və prokurorluq əməkdaşları cəlb edilib. Mərhumun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertizanın Patoloji Anatomiya Birliyinin rayon şöbəsinə təhvil verilib.
İlkin araşdırmalara əsasən, yaşlı kişinin üzərində zorakılıq əlamətləri tapılmayıb. Qeyd edək ki, M.Hüseynov noyabrın 8-də itkin düşüb. O, Gəncə şəhərində hərbi xidmətdə olan nəvəsinin andiçmə mərasimində iştirak etmək üçün Astara rayonundan yola çıxmışdı.
Hal-hazırda, Göygöl Rayon Prokurorluğunda meyitin tapılması ilə bağlı geniş araşdırma aparılır. Hadisənin səbəbləri və şərtləri dəqiqləşdirilməyə çalışılır.