Azərbaycan və Böyük Britaniya arasında strateji tərəfdaşlıq bəyannaməsi

Ezonn TV «Yeniçağ» mənbəsinə istinadən xəbər verir.
Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında strateji tərəfdaşlığı təsdiq edən birgə bəyannamə imzalanıb. İki ölkə arasında uzunmüddətli münasibətlərin gücləndirilməsi və ikitərəfli əlaqələrin inkişaf etdirilməsi məqsədini daşıyan bəyannamə, 1994-cü il və 1998-ci ilin bəyannamələrinə əsaslanır.
Bəyannamədə, ölkələr Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və beynəlxalq hüquqa sadiqliklərini bir daha bəyan edərək, sərhədlərin toxunulmazlığına, suverenliyə və ərazi bütövlüyünə hörmət etdiklərini vurğulayır. Eyni zamanda, Azərbaycan və Ermənistan arasında sülhün təmin olunması istiqamətində atılan addımlar alqışlanır.
Hər iki tərəf, dayanıqlı iqtisadi artım, açıq ticarət və innovasiyaların vacibliyini qeyd edərək, təhsil, elm və bacarıq sahələrində əməkdaşlığın artırılmasına xüsusi önəm verirlər. Müvafiq əlaqələrin gücləndirilməsi üçün insanların bir-birini daha yaxından tanıması və əlaqələrin genişlənməsinin əhəmiyyəti vurğulanıb.
Bəyannamə, müdafiə sahəsində əməkdaşlığın artırılmasını da nəzərdə tutur. İkitərəfli və çoxtərəfli üzrə təhlükəsizlik məsələlərinin müzakirəsi, hüquq-mühafizə orqanları arasında sıx əməkdaşlığın təşviqi məsələləri də yer alır.
İqtisadi, ticarət və investisiya münasibətlərinin genişləndirilməsi, bərpa olunan enerji sahəsində birgə layihələrin həyata keçirilməsi və yeni iqtisadi platformalarda əməkdaşlıq da bəyannamənin əsasını təşkil edir.